İspaniya Sequndasında XXXII tur davam edir. Matc.az saytının məlumatına görə, milli komandamızın üzvü Eddi İsrafilovun şərəfini qoruduğu "Alkorkon" da növbəti oyununa çıxıb.

Doğma meydanda "Luqo"nu qəbul edən komanda yekunda 1 xala sevinib. Hər iki tərəfin cəhdlərinə baxmayaraq, oyunda hesab açılmayıb.

Qarşılaşmaya start heyətində başlayan Eddi 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, 32 oyundan sonra aktivində 44 xal olan "Alkorkon" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest