Şotlandiya Premyer Liqasının XXXI turu çərçivəsində keçirilən "Seltik" - "Reyncers" oyunu qalmaqalla yadda qalıb. Matc.az saytı xəbər verir ki, birincilərin 2:1 hesablı qələbə qazandığı görüş futbolçular arasında tez-tez dava-dalaşa səhnə olub.

Bu xoşagəlməz olaylar azarkeşlərə də sirayət edib Belə ki, qarşılaşmadan sonra əzəli rəqiblərin fanatları arasında qarşıdurma yaşanıb. 15 nəfərin iştirak etdiyi dava-dalaşın yekununda 3 nəfər xəstəxanalıq olub. Şahidlərin dediyinə görə, xəstəxanaya aparılanlar bıçaq yarası alıblar. Xəsarət alanların durumu barədə açıqlama verməyən polis digər azarkeşlərin axtarışına çıxıb.

Qeyd edək ki, hazırda "Seltik" 73 xalla liderdisə, ikinci pillədəki "Reyncers"in aktivində 60 xal var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest