İtaliya A seriyasının XXX turunda "Kalyari"nin qonağı olacaq "Yuventus"da bəzi oyunçulara istirahət veriləcək. Matc.az saytının məlumatına görə, baş məşqçi Massimiliano Alleqri konkret olaraq 9 futbolçunun adını bugünkü qarşılaşmanın iştirak ərizəsinə salmayıb.

Bunlar qapıçı Mattia Petin, müdafiəçilər Andrea Barzalyi, Leonardo Spinatsola, yarımmüdafiəçilər Sami Xedira, Xuan Kuadrado, Paulo Dibala, Duqlas Kosta, həmçinin hücumçular Mario Mandzukiç və Kriştianu Ronaldodu. Alleqri U-23 komandasından 3 futbolçunu əsas heyətə cəlb edib.

Qeyd edək ki, "Kalyari" - "Yuventus" oyunu Bakı vaxtı ilə 23:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest