"Açıq oyun getdi. Hər iki komanda qalib gəlmək istəyirdi".

Matc.az xəbər verir ki, bu sözləri "Sumqayıt"la qolsuz heç-heçə edən "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov deyib. çalışdırıcı görüşdən sonra mətbuat konfrasında iştirak edib:

"Sumqayıtda oynamaq həmişə çətindi. Rəqib ilk dəqiqələrdən bizi sıxışdırdı. İlk 10-15 dəqiqə çox çətin keçdi. Amma komandam günü-gündən yüksək templərə dözür. Daha diqqətli olurlar. 15 dəqiqədən sonra isə oyunda bərabərlik oldu.  Yaxşı epizodlara girdik. İkinci görüşdür ki, 100/100 epizodları qaçırırıq.  Bunun üzərində çox işləməliyik. Futbolçular daha diqqətli olmalıdır. Açıq oyun getdi. Hər iki komanda qalib gəlmək istəyirdi. Qol da vurula bilərdi. Futbolçularımdan istəyim budur ki, bu tempi saxlayaq. Ola bilər ki, məğlub olaq, heç-heçə edək. Amma əsas odur biz yolumuza davam edək. çünki hər hansı uğur əldə etmək istəyiriksə, hardansa başlamalıyıq. 3 oyundu oynadığımız futbol məni çox sevindirir. Əksiklərimiz var. Bunun üzərində çalışacağıq. Azarkeşlərə də təşəkkür edirəm",

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest