Dünyanın ən çox qazanan qadın futbolçusunun adı açıqlanıb. Matc.az "France Football"a istinadən xəbər verir ki, bu, "Lion"un hücumçusu Ada Xeqerberqdir.

Qadınlar arasında "Qızıl top"un ilk sahibi olan norveçli forvard illik 400 min avro qazanır. Dünyanın ən çox gəlir əldə edən kişi oyunçusu isə "Barselona"nın ulduzu Lionel Messidir. Argentinalının illik qazancaq 130 milyon avrodur. Əgər iki futbolçunun gəlirləri arasında müqayisə aparsaq, görərik ki, Messinin qazancı Xeqerberqdəkindən 325 dəfə çoxdur.

Qadınlar arasında ən çox qazananların siyahsında ikinci pillədə yenə "Lion"un üzvləri Amandi Anri (360 min) və Vendi Renar (348 min) qərarlaşıb.

Qeyd edək ki, Xeqerberq 2018-ci ildə "Lion"la qadınlar arasında çL-nin və Fransa çempionatının qalibi olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest