"İnter" hücumçusu Marko Arnautoviçə əvəzedici axtarmağı planlaşdırmır. Matc.az xəbər verir ki, 34 yaşlı forvard iki aylıq sıradan çıxıb. 
 
"Gazzetta dello Sport"un məlumatına görə, "neradzurra" azad agent olan futbolçu almaq fikrində idi. Papu Qomes, Felipe Kaysedo, Stefano Okaku və Simon Dzadza kimi oyunçular "İnter"in maraq dairəsində idi. Lakin heyətdən razı olan baş məşqçisi Simone İndzaqi yeni hücumçu almağa ehtiyac duymayıb və 19 yaşlı forvard Amadu Sarruya şans verməyi düşünür. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest