"Əlbəttə, qol vurmaq həmişə futboçuya zövq verir. Lakin qalib gələ bilməyimiz daha vacibdir". Matc.az saytının məlumatına görə, bu sözləri "Səbail"in hücumçusu Ağabala Ramazanov deyib.

"Zirə" ilə oyundan sonra klub səhifəsinə qısa açıqlama verən forvard qələbənin önəmli olduğunu vurğulayıb: "Bu cür qələbələr komandaya əlavə inam hissi verir. Turnirin yekun hissəsi yaxınlaşır və bu, 4-cü dövrəyə uğurlu başlamaq üçün yaxşı bir fürsət oldu!"

Qeyd edək ki, sözügüdən oyun "Səbail"in 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest