"Liverpul"un baş məşqçisi Yurgen Klop klubun maliyyə vəziyyətindən danışıb.

Matc.az xəbər verir ki, çalışdırıcı bu barədə yerli mətbuata açıqlama verib: "Mən də sadəcə oyunçu almağa pul xərcləmək istəyirəm. Amma insanlar unutmasınlar ki, klub yeni tribuna tikir. Biz bu yaxınlarda bir tribunanın rekonstruksiyasını başa çatdırmışıq. Biz də yeni məşq meydançası tikirik. Klubu saxlayırıq".

Qeyd edək ki, Liverpul təmsilçisi hazırda 16 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest