Millimizin futbolçusu Mahir Emrelinin klubu "Dinamo Zaqreb" Xorvatiya çempionatında növbəti oyununu keçirəcək. Matc.az xəbər verir ki, mərkəzi görüşdə Zaqreb təmsilçisi lider "Hayduk"un qonağı olacaq. 
 
Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. 
 
Qeyd edək ki, "Hayduk" 18 xalla turnir cədvəlinin ilk pilləsindədir. 16 xalı olan "Dinamo" isə 3-cü sırada qərarlaşıb. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest