13 İyul 2026, 21:20
FUTBOL
PSJ klubunun rəhbərliyi "Aston Villa"nın və Fransa millisinin əsas müdafiəçisi Lyuka Dinin transferi ilə bağlı razılıq əldə edib. Təcrübəli futbolçu tezliklə Paris təmsilçisinin heyətinə qoşulacaq.
Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, bu transfer üçün Fransa klubu İngiltərə təmsilçisinə 10 milyon avro təzminat ödəyəcək. Baş məşqçi Luis Enrikenin komandasında oynamağa razılıq verən 32 yaşlı Din heyətdə Nunu Mendeşin əvəzləyicisi olmağı qəbul edib.
Qeyd edək ki, fransalı müdafiəçi ötən 2025/26 mövsümündə "Aston Villa"nın heyətində bütün turnirlərdə ümumilikdə 44 matçda meydana çıxıb və 7 məhsuldar ötürmə ilə yaddan qalıb.












