Rusiya Premyer Liqasında XVI turdan təxirə salınan bir oyun keçirilib. Matc.az saytının məlumatına görə, milli komandamızın üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Krılya Sovetov" sözügedən qarşılaşmanın iştirakçısı olub.

Samara təmsilçisi səfərdə "Orenburq"la qarşılaşıb. Görüş qonaqların 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qarşılaşmaya start heyətində başlayan Ramil 82-ci dəqiqədə əvəzlənib. O, 12-ci dəqiqədə penalti zərbəsi ilə komandasının yeganə qoluna imza atıb.

Qeyd edək ki, 21 oyundan sonra 24 xal olan "Krılya Sovetov" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest