Türkiyə kubokunda yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində ikinci qarşılaşma keçirilib. Matc.az saytının məlumatına görə, günün tək görüşündə "ümraniyəspor"la "Akhisar" üz-üzə gəlib.

Oyunun taleyini bir qol həll edib. "Akhisar" son dəqiqələrdə vurduğu bir qolla sərfəli nəticəni əldə edib.

Qeyd edək ki, dünən keçirilən ilk yarımfinalda "Qalatasaray"la "Yeni Malatyaspor" qolsuz bərabərliyə qalmışdılar.

Türkiyə kuboku

1/2 final, ilk oyun

3 aprel

"ümraniyəspor" – "Akhisar" – 0:1

Bokila, 86

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest