İngiltərə Premyer Liqasının XXVII turundan təxirə salınan oyununda "Brayton"u qəbul edən "çelsi" 3:0 hesablı qələbə qazanıb. Matc.az saytının məlumatına görə, qarşılaşmanın qəhrəmanı olan Eden Azar 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bununla belçikalı futbolçu cari mövsüm "Stemford Bric"dəki məhsuldarlıq sayını artırıb. Belə ki, Azar ev oyunlarında 9 qol və 7 assistlə yadda qalıb. "çelsi" isə doğma arenasında bu mövsüm rəqibləri 32 dəfə məyus edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest