Polşa çempionatının XXVIII turunda "Yagelloniya"nı qəbul edən "Legiya" 3:0 hesablı qələbə qazanaraq, çempionluq mübarizəsini davam etdirib. Yerli mətbuat "Legiya"nın heyətində "Yagelloniya" ilə qarşılaşmalarda ən çox qol vuran oyunçuların siyahısını dərc edib.
Polşa çempionatının XXVIII turunda "Yagelloniya"nı qəbul edən "Legiya" 3:0 hesablı qələbə qazanaraq, çempionluq mübarizəsini davam etdirib. Matc.az saytı xəbər verir ki, yerli mətbuat "Legiya"nın heyətində "Yagelloniya" ilə qarşılaşmalarda ən çox qol vuran oyunçuların siyahısını dərc edib.
Maraqlıdı ki, cədvəldə hazırda "Qarabağ"ın formasını geyinən Yakub Jezniçak da var. 2004-2017-ci illərdə Varşava klubunun formasını geyinən sabiq kapitan bu müddətdə Belostok təmsilçisi ilə qarşılaşmalarda 2 qola imza atıb. "Yagelloniya"nı tarix boyu ən çox mərkəzə dəvət edən "Legiya"lı futbolçu isə 5 qolla Miroslav Radoviç olub. 35 yaşlı forvard hələ də varşavalıların heyətində çıxış edir.
Qeyd edək ki, Yakub Jezniçak "Legiya"da keçirdiyi 13 il ərzində 15 qola imza atıb.