"Mançester Yunayted"in qapıçısı David De Xea PSJ-yə keçə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Paris təmsilçisi ulduz futbolçunun xidmətində maraqlıdı.

"Qırmızı şeytanlar"ın yeni müqavilə istəyini dəfələrlə geri çevirən İspaniya millisinin qolkiperi PSJ-dən ilk təklifini də alıb. Fransa klubu ona həftəlik 350 min funt-sterlinq maaş ödəməyə hazırdı ki, bu da ildə 18,2 milyon avro edir. Ancaq mançesterlilər ona bu məbləği ödəmək fikrində deyillər.

De Xeanın "Mançester Yunayted"lə müqavilə müddəti bu ilin yayına qədər olduğundan, onun PSJ-yə keçidi havayı başa gələ bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest