UNESCO-nun mənzil-qərargahında – Paris şəhərinə İdmanda Dopinqə qarşı Beynəlxalq Konvensiyaya Tərəf ölkələrin 9-cu konfransı keçirilir. Matc.az xəbər verir ki, Azərbaycan konfransda gənclər və idman naziri Fərid Qayıbovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
 
Konfransın gündəliyinə görə, bu gün Konvensiyanın Bürosuna seçkilər keçirilib. Nazir Fərid Qayıbov yekdilliklə büronun sədr müavini seçilib.
 
Konfransda həmçinin cari ilin iyununda ölkəmizin Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin 7-ci Beynəlxalq Konfransına ev sahibliyi etməsi, UNESCO-nun bir çox layihələrində fəal iştirakı və ümumiyyətlə, təşkilata verdiyi töhfəsi həm üzv dövlətlər, həm də bütövlükdə təşkilat tərəfindən yüksək qiymətləndirilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest