"çətin və önəmli oyun idi. İki komandada eyni durumdadır. Heç-heçə onları qane etsə də, bizə qələbə lazım idi. Sonuncu yeri tutmamağa çalışacağıq". Matc.az saytı məlumat verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının XXlll turunda evdə "Keşlə"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

38 yaşlı mütəxəssisin sözlərinə görə, klub rəhbərliyi və azarkeşlər oyun ərəfəsində komandaya böyük dəstək veriblər: "Hesabı açandan sonra qol buraxsaq da, ikinci yarıda dəyişikliklər etdik. önəmli qələbə qazandıq. Bundan sonra əlimizdən gələni edəcəyik ki, sonuncu sıraya düşməyək. Son matçlarda da pis oynamamışıq. Həm mənə, həm komandaya vaxt lazımdır. Bir çox oyunçumuzda inkişafın olduğu hiss edilir. Qorxduğumuz o idi ki, Azərbaycan Kubokunun yarımfinal oyunları ərəfəsində pis durumda olaq. Bu qalibiyyət futbolçulara arxayınlıq yox, istək gətirməlidir".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest