Rusiya Premyer Liqasında XXII tur davam edir. Matc.az saytının məlumatına görə, milli komandamızın üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Krılya Sovetov" da növbəti oyununu keçirib.

Samara təmsilçisi "Krasnodar"ın qonağı olub. Meydan sahibləri son dəqiqədə penalti zərbəsindən vurduğu qolla qələbə qazanıb.

Matça ehtiyat oyunçular skamyasında başlayan Ramil 87-ci dəqiqədə meydana daxil olsa da, komandasına kömək edə bilməyib.

Qeyd edək ki, 22 oyundan sonra aktivində 24 xal olan "Krılya Sovetov" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest