Topaz Premyer Liqasının XXIII turunda "Neftçi" "Zirə"ni qəbul edib. Matc.az saytının məlumatına görə, meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə yekunlaşan oyun bir debütlə əlamətdar olub.

Belə ki, "ağ-qaralar"ın kapitanı Ruslan Abışov mövsümdə ilk dəfə komandasının heyətində matça çıxıb. 2018-ci ilin yayında UEFA Avropa Liqasında Macarıstanın "Uypeşt" klubu ilə qarşılaşması zamanı zədələnən müdafiəçi təxminən 9 aydan sonra rəsmi oyunda debüt edib. Abışov 90-cı dəqiqədə komanda yoldaşı Mamadu Mbodju əvəzləyib.

Qeyd edək ki, kapitan komandası ilə qış toplanışında iştirak etsə də, fasilədən sonra meydana çıxmağa imkan tapmamışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest