İngiltərə kubokunda yarımfinalın ilk oyunu keçirilib. Matc.az saytının məlumatına görə, məşhur "Uembli" stadionunda baş tutan qarşılaşmada "Mançesrer Siti" "Brayton"la qarşılaşıb.

Oyunun taleyini bir qol həll edib.

Qabriel Jezusun erkən qolu mançesterliləri finala daşıyıb. "Şəhərlilər"in həlledici matçdakı rəqibi sabah bəlli olacaq. "Uembli"dəki qarşılaşmada "Uotford"la "Vulverhempton" görüşəcək.

Qeyd edək ki, Londonun ən məşhur stadionunun qəbul edəcəyi final oyunu mayın 18-də baş tutacaq.

İngiltərə kuboku

Yarımfinal

6 aprel

"Mançester Siti" – "Brayton" – 1:0

Jezus, 4

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest