07 Aprel 2019, 00:58
FUTBOL
"çox maraqlı oyun oldu. Şadam ki, qol vurdum". Matc.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin müdafiəçisi Anton Krivotsyuk deyib.
Topaz Premyer Liqasının XXIII turunda "Zirə"ni qəbul edən "ağ-qaralar" 4:2 hesablı qələbəyə seviniblər.
Matçdan sonra klubun saytına açıqlama verən oyunçu fikirlərini bölüşüb: "Fikrimcə, bu qolla komandaya qələbə qazanmaqda köməyim dəydi. Bununla belə, çempionluq uğrunda mübarizə davam edir. Əsas məqsədimiz xal itirməməkdir. Yalnız bundan sonra bizi təqib edən rəqibin oyunu ilə maraqlana bilərik".