05 Noyabr 2023, 12:11
DİGƏR
Universiadada I-S kateqoriyalı hakim Sədi Quliyev ədaləti qoruyacaq. Hakimlər Kollegiyasının sədri Qərib Əliyev isə münsiflər heyətində yer alacaq.
Qazaxıstanın Türkistan vilayətində Türk Universiadası keçiriləcək. Matc.az xəbər verir ki, oyunların proqramında sərbəst və yunan-Roma güləşi də var.
Noyabrın 7-də Azərbaycanın U-20 millisi böyük məşqçisi Arif Abdullayev və məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında Vasif Bağırov (57 kq), Camal Abbasov (61 kq), Abdulrəhman İbrahimov (65 kq), Sabir Cəfərov (70 kq), Cavidan Əhmədov (74 kq), Sahib Dadaşov (79 kq), Fərid Cabbarov (86 kq), Rəvan Musayev (97 kq) və Aydın Əhmədov (125 kq) sərbəst güləş üzrə yarışda iştirak edəcək.
Növbəti gün isə yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Məşqçilər Emin Əhmədovla Zöhrab Abbasovun rəhbərliyi altında Hüseyn Savadov (55 kq), Pərviz Dadaşov (60 kq), Fərid Baxışlı (63 kq), Fərid Xəlilov (67 kq), Fizuli Abbasov (72 kq), Davud Məmmədov (77 kq), Səid Axundzadə (82 kq), Cocu Səmədov (87 kq), Murad Əhmədiyev (97 kq) və Sərxan Məmmədov (130 kq) uğur qazanmağa çalışacaq.
Universiadada I-S kateqoriyalı hakim Sədi Quliyev ədaləti qoruyacaq. Hakimlər Kollegiyasının sədri Qərib Əliyev isə münsiflər heyətində yer alacaq.