Almaniya Bundesliqasının XXVIII turunda Dortmund "Borussiya"sı üzərində böyükhesablı qələbə qazanan (5:0) "Bavariya" liderliyə yüksəlib. Matc.az saytı xəbər verir ki, bu oyun Münhen klubunun hücumçusu Robert Levandovski üçün əlamətdar olub.

17 və 89-cu dəqiqədə fərqlənərək dubl edən polşalı forvard Bundesliqada qol sayını 201-ə çatdırıb. O, bunu 284 görüşdə gerçəkləşdirib. Levandovski Bundesliqada 200 qola ən tez çatan ikinci oyunçu olub. Bu baxımdan rekord 234 görüşdə 200 dəfə rəqib qapılarına yol tapan Gerd Müllerə məxsusdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest