"Neftçi"nin U-12 komandası "İzmir Cup" beynəlxalq turnirinin ikinci günündə 5 oyun keçirib. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda fərqli nəticələr göstərib.

 "Anderlext" (Belçika) və "Siqma Olomous" (çexiya) ilə qolsuz heç-heçə (0:0) edən "ağ-qaralar" "Bursaspor"a (Türkiyə) və "Seltik"ə (Şotlandiya) 0:3, "Lill"ə (Fransa) 0:2 hesabı ilə məğlub olub. Bundan əvvəl Türkiyənin "Konyaspor" (3:0), Hollandiyanın "Alkmaar" (0:1) və Polşanın "Şlask Vroslav"a (0:1) klubları ilə qarşılaşan "Neftçi" növbəti mərhələyə adlaya bilməyib.

U-12 komandası bu gün – "İzmir Cup"ın sonuncu günüdə iki yoxlama oyunu keçirib. Fransanın "Monako" klubuna məğlub olan (0:2) "Neftçi" "Hamburq"a (Almaniya) 1:0 hesabı ilə qalib gəlib. Qələbə qoluna Əli Aslanzadə imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest