"İki komandadan hansısa xal itirsə, o biri kollektiv daha önə keçəcək. Biz əsasən öz oyunlarımıza köklənmişik. Bütün matçlarımızda maksimum xallar yığsaq uğur əldə edəcəyik".
"Bilirdik ki, bu oyun bizim üçün çətin olacaq. "Qəbələ"nin hər zaman evdə "Qarabağ"a qarşı oyunlarını görmüşük. özüm də oynamışam. Hər iki komanda üçün çox ağır olur. İkinci hissədə meydan daha da ağır oldu. Top bir az gec gedirdi. Komanda çox əziyyət çəkdi. Mən də oyuna daxil olanda məşqçinin tapşırığı o oldu ki, cərimə meydançasının içində olum və əlimdən düşən fürsətdən yararlanım. Mənim üçün də bir epizod oldu. Sevinirəm ki, komandam üçün qələbə qolunu vurdum".
Matc.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futbolçusu Araz Abdullayev Premyer Liqanın XXIII turunda səfərdə "Qəbələ"ni 2:1 hesabı ilə məğlub etdikləri matçda barədə danışarkən deyib.
27 yaşlı yarımmüdafiəçi bildirib ki, əsas əlinə düşən fürsətlərdən istifadə etmək lazımdır. Abdullayev klubu ilə müqaviləsinin olduğunu xatırladıb: "öz üzərimdə çalışıram. Elə futbolçular var ki, oynamır. Mən isə özümü göstərib və daha da çox oynaya bilərəm".
Futbolçu "Qarabağ"ın çempionluq şansından da söz açıb: "İki komandadan hansısa xal itirsə, o biri kollektiv daha önə keçəcək. Biz əsasən öz oyunlarımıza köklənmişik. Bütün matçlarımızda maksimum xallar yığsaq uğur əldə edəcəyik. "Neftçi" də hər oyunda qalib gəlir, ona görə də xal itirməyə haqqımız yoxdu".
Azərbaycan millisinin də şərəfini qoruyan oyunçu ölkə kubokunun yarımfinalındakı "Qəbələ" ilə görüşlər haqqında da danışıb: "Gərək bütün oyunlarına yüksək motivasiya ilə hazırlaşaq. Elə komanda var ki, böyük hesabla məğlub edirsən, sonra növbəti matç heç-heçə bitir". Sportnet