08 Aprel 2019, 10:16
FUTBOL
Sabah çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək. Matc.az saytının məlumatına görə, ilk günün oyunlarının hakimləri müəyyənləşib.
UEFA "Enfild Roud"da baş tutacaq "Liverpul" - "Portu" qarşılaşmasını ispaniyalı briqadaya həvalə edib. Matçı Antonio Migel Mateu Lahoz idarə edəcək.
İngiltərə klubları "Tottenhem"lə "Mançester Siti" arasında Londonda baş tutacaq ilk oyunda isə hollandiyalı Byorn Kuypers ədalət təmsilçisi olacaq.
Qeyd edək ki, hər iki oyun Bakı vaxtı ilə 23:00-da start götürəcək.