Azərbaycanın daha bir cüdoçusu Almaniyanın Potsdam şəhərində 23 yaşa qədər idmançılar arasında keçirilən Avropa çempionatında medal qazanıb. Matc.az xəbər verir ki, qitə birinciliyinin 2-ci günündə mübarizəyə qoşulan 7 nəfərdən biri "bürünc"ə yiyələnib.
 
Bu, Məhərrəm İmamverdiyev (81 kq) olub. O, yarımfinalda uduzmasına baxmayaraq, üçüncü yer uğrunda görüşdə rəqibini üstələyib.
 
Südabə Ağayeva (70 kq), Nərmin Əmirli (78 kq), Nigar Süleymanova (+78 kq), İsmayıl Zamanov (90 kq), Ruslan Nəsirli (100 kq) və Kənan Nəsibov (+100 kq) isə uğursuzluqla üzləşiblər.
 
İlk gündə Məhəmməd Musayev (60 kq), Aydın Rzayev (66 kq), Nəriman Mirzəyev (73) və Aydan Vəliyeva (52 kq) bürünc medal qazanıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest