08 Aprel 2019, 10:42
FUTBOL
Fransa Liqa1-nin XXXI turunda "Strasburq"u qəbul edən PSJ rəqibi ilə xalları yarı bölüb. Matc.az saytı xəbər verir ki, 2:2 hesabı ilə başa çatan qarşılaşmada PSJ ilk dəfə evdə büdrəyib.
Bununla yanaşı, Paris təmsilçisi cari mövsüm dünənə qədər öz meydanında 2 top buraxmamışdı. Həmçinin komanda ilk dəfə öz meydanında ən uzun müddət (44 dəqiqə) hesabda geridə olub.
Qeyd edək ki, hazırda aktivində 81 xal olan PSJ ən yaxın izləyicisi "Lill"i 20 xal qabaqlayır.