AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç mükafat alıb. Mütəxəssis Xorvatiya İdman Jurnalistləri Assosiasiyası (HZSN) tərəfindən təltif edilib.

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç mükafat alıb. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, mütəxəssis Xorvatiya İdman Jurnalistləri Assosiasiyası (HZSN) tərəfindən təltif edilib.

Assosiasiyanın 70-ci il dönümü ilə bağlı Zaqrebdə təşkil edilən tədbirdə "Gümüş Vatikan" mükafatı məhz Daliçə təqdim olunub. Bu ad media ilə ən sıx əlaqədə olan və əməkdaşlıq edən idman adamına verilir. Daliç yerli jurnalistlərdən birinə "Rusiyadakı xəyallarımız" adlı kitabın yazılmasında köməklik göstərib.

Qeyd edək ki, Xorvatiya ötən il Rusiyada keçirilən dünya çempionatında ikinci yeri tutub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest