19 Noyabr 2023, 22:46
FUTBOL
"Renn"in baş məşqçisi Bruno Genesio şəxsi səbəblərə görə komandadan ayrılıb.
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onun yerinə Julien Stephan təyin edilib. 57 yaşlı Genesio 2021-ci ilin martından “Renn”ə rəhbərlik edib. Onun rəhbərliyi altında komanda 124 oyun keçirib. Bu oyunlarda 63 qələbə, 25 heç-heçə və 36 məğlubiyyət olub. "Renn" hazırda Liqa 1-də 13-cü yerdədir.
Xatırladaq ki, Stefan 2018-2021-ci illərdə "Renn"ə rəhbərlik edib. 43 yaşlı mütəxəssisin son iş yeri 2021-2023-cü illərdə rəhbərlik etdiyi "Strasburq" olub.