La Liqa FIFA ilə təqvimlə bağlı mübahisəsi çərçivəsində İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək.

Matc.az xəbər verir ki, İspaniya liqasının rəhbərliyi 2026-cı ilin sentyabrında qüvvəyə minəcək yeni qaydadan razı deyil. Buna əsasən, DÇ-2026-dan sonra təqvimdə milli komandaların oyunları üçün fasilə az olacaq. Bu qayda 2022-ci ilin dekabrında təsdiq edilib. Yeni təqvim strukturunun İspaniya, Portuqaliya və Mərakeşdə dünya çempionatının keçiriləcəyi 2030-cu ilə qədər davam edəcəyi gözlənilir. La Liqa hesab edir ki, milli komandaların oyunları üçün uzadılmış fasilə ölkə çempionatlarına ciddi ziyan vuracaq və futbolçuların özlərinə zərər verəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest