İngiltərə höküməti rusiyalı iş adamı Roman Abramoviçin "Çelsi"nin satışından qazandığı vəsaitin Ukraynaya dəstək olmaq əvəzinə İsrailə göndərilməsi təklifini geri çevirib. Bu barədə sözügedən ölkənin "The Telegraph" nəşri məlumat yayıb.

İngiltərə höküməti rusiyalı iş adamı Roman Abramoviçin "Çelsi"nin satışından qazandığı vəsaitin Ukraynaya dəstək olmaq əvəzinə İsrailə göndərilməsi təklifini geri çevirdi. Matc.az xəbər verir ki, bu barədə sözügedən ölkənin "The Telegraph" nəşri məlumat yayıb.
 
Öncədən Böyük Britaniya hökümətinin və Avropa Komissiyasının "zadəganlar"ın satışından əldə edilən pulun yalnız Ukraynaya humanitar yardım üçün xərclənəcəyi haqda bəyanat imzalamışdı. Abramoviç isə qazancın bir hissəsini Rusiyada müharibədən zərərçəkənlərə köçürməyi planlaşdırdığı üçün müqaviləyə imza atmayıb.
 
Başqa mənbələr isə məsələni fərqli prizmadan işıqlandırıb. Bildirilir ki, Roman pulun İsraildə humanitar məqsədlər üçün istifadə edilməsini dilə gətirməklə yanaşı, bu ilin fevralında Türkiyədə baş verən zəlzələdən zərərçəkənlərə yardım məqsədilə göndərilməsi variantını da təklif edib.
 
Abramoviç 2003-2022-ci illərdə "Çelsi"nin sahibi olub. Bu ilin may ayında rusiyalı iş adamı klubu amerikalı Todd Boelinin rəhbərlik etdiyi konsorsiuma və "Clearlake Capital" investisiya şirkətinə satıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest