PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının qrup mərhələsinin V turunun "Nyukasl"la oyunu haqda (1:1) fikir bildirib. Matc.az xəbər verir ki, o, "sülh"ün qeydə alındığı görüşdən sonra komandası ilə fəxr etdiyini deyib:
 
"Məncə, qələbəyə layiq idik. Yüz faizlik qol epizodları yaratdıq. Lakin bəzən qol vurmaq çətin olur. Diqqətimizi özümüzü yönəltməliyik. Növbəti qarşılaşmada qalib gəlsək, qrupu birinci yerdə bitirə bilərik. Vəziyyət qarışıq və çətindir. Ümid edirəm ki, "Borussiya"nı məğlub etməklə işimizi asanlaşdırarıq".
 
Xatırladaq ki, Liqa 1 klubu F qrupunda 7 xalla ikinci, "sağsağanlar" isə 5 xalla üçüncüdür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest