"Real" "çelsi"nin lideri Eden Azarı transfer etməkdə israrlıdı. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "kral klubu" Belçika millisinin üzvünün keçidi üçün danışıqları davam etdirir.

İspanların son olaraq 80 milyon avroluq təklifi rədd edilib. London təmsilçisi ulduz futbolçusunun transfer qiymətini 116 milyon avro dəyərində müəyyənləşdirib. Lakin madridlilər bu məbləği yüksək hesab edir və ödəmək fikrindən uzaqdı. "Real" rəhbərliyi Azarın bu keçidlə bağlı "çelsi"ni razı salacağına ümid edir.

Qeyd edək ki, Eden Azar 2012-ci ildən "çelsi"nin formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest