01 Dekabr 2023, 12:17
FUTBOL
Cari mövsüm olduqca uğursuz çıxış edən və Fransa çempionatının sonuncu pilləsində yer alan "Lion"un baş məşqçi axtarışı davam edir. Onlar Fabio Qrosso ilə yolları ayırdıqdan sonra "Renn"in sabiq çalışdırıcısı Bruno Genesi ilə maraqlanmağa başlayıblar.
Cari mövsüm olduqca uğursuz çıxış edən və Fransa çempionatının sonuncu pilləsində yer alan "Lion"un baş məşqçi axtarışı davam edir. Matc.az xəbər verir ki, onlar Fabio Qrosso ilə yolları ayırdıqdan sonra "Renn"in sabiq çalışdırıcısı Bruno Genesi ilə maraqlanmağa başlayıblar.
Genesio noyabrın 19-da "Renn"dən ayrılıb. Onun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Qrosso isə bu ilin sentyabrında "Lion"un "sükanı arxasına" keçmişdi. Onun rəhbərliyi altında komanda 7 oyuna 1 qələbə qazanmışdı, 2 dəfə heç-heçə etmişdi.
Xatırladaq ki, Bruno 2015-2019-cu illərdə "Lion"un baş məşqçisi kimi çalışıb.