Qazaxıstan Kubokunda 1/8 final mərhələsinin oyunları keçiriləcək. Matc.az saytının məlumatına görə, milli komandamızın üzvü Emil Balayevin şərəfini qoruduğu "Tobol" səfərdə "Aksu" ilə qarşılaşacaq.

Emil bu görüşün iştirakçısı olmayacaq. Buna səbəb yerli federasiyanın qəbul etdiyi qərardır. Belə ki, şərtə əsasən, kubok oyunlarında Premyer Liqa təmsilçiləri aşağı dəstə təmsilçiləri ilə qarşılaşarsa, legionerlərin xidmətindən istifadə edə bilməz.

Millimizin üzvü də digər legioner komanda yoldaşları kimi səfərə aparılmayaraq Kustanayda qalıb.

Qeyd edək ki, Premyer Liqada keçirdiyi 4 oyunda maksimum 12 xal toplamış "Tobol" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest