"Münhen 1860"ın futbolçuları rəqibin heyətində 3 futbolçuya xüsusi diqqət yetirməlidilər. Bunlar Rene Klinqenburq, Martin Kobilyanski və Rüfət Dadaşovdu".

Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu "Proyssen" III Bundesliqasının XXXIII turunda Münhenə səfər edəcək. Matc.az saytının məlumatına görə, Münster təmsilçisi "Münhen 1860"ın qonağı olacaq.

Aprelin 13-də baş tutacaq qarşılaşmanı dəyərləndirən Almaniya KİV-i meydan sahiblərinin işinin çətin olacağını vurğulayıb. Həmkarlarımız, xüsusən də, "Proyssen"in hücum xəttinin olduqca təhlükəli olduğunu yazıb: "Münhen 1860"ın futbolçuları rəqibin heyətində 3 futbolçuya xüsusi diqqət yetirməlidilər. Bunlar Rene Klinqenburq, Martin Kobilyanski və Rüfət Dadaşovdu. Məhsuldar futbolçu olan Klinqenburq orta sahədə həm qol vurur, həm də hücumçulara kömək edir. Kobilyanski (8 qol, 4 assist) və Dadaşovu (7 qol, 2 assist) isə zərərsizləşdirməyin yollarını tapmaq lazımdı. çünki hər iki hücumçu yüksək qol duyumuna malikdi".

Qed edək ki, "Proyssen" hazırda 42 xalla 11-ci pillədə qərarlaşıb. "Münhen 1860" isə rəqibindən cəmi 2 xal öndədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest