10 Aprel 2019, 14:46
FUTBOL
"Roma" klubunda rəhbər dəyişikliyi gözlənilir. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, İtaliya təmsilçisi satılır.
İddiaya görə, "canavarlar"ın yeni sahibi Qətər şirkətlərindən biri olacaq. Belə ki, qətərli bir iş adamı paytaxt klubu üçün 400 milyon avro təklif edib. Cari mövsümdən qətərlilərlə işbirliyi görünür, iş adamlarını hərəkətə gətirib.
Qeyd edək ki, güclü maliyyə dəstəyinə baxmayaraq, "Roma" bu mövsüm elə də uğurlu çıxış etmir. Komanda A seriyasında hazırda 6-cı pillədə qərarlaşıb.