Messinin vəziyyətinə aydınlıq gəlib. Matc.az saytının məlumatına görə,  çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Mançester Yunayted"lə qarşılaşmada üzündən zədələnən "Barselona"nın kapitanı bu gün tibbi baxışda olub.

Argentinalı hücumçunun durumunun yaxşı olduğu bildirilib. Messinin La Liqanın növbəti turunda "Xueska" ilə görüşdə meydana çıxmamaq təhlükəsi olsa da, müayinə nəticəsində onun bu matça hazır olacağı bəlli olub.

Qeyd edək ki, "Mançester Yunayted"in futbolçusu Kris Smollinqin dirsək zərbəsi nəticəsində Messinin burun sümüyündə çat yaranmışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest