Avropa Liqasında həftənin futbolçusu bilinib. Matc.az saytı xəbər verir ki, 1/4 final mərhələsində baş tutan qarşılaşmalardan sonra UEFA-nın müəyyənləşdirdiyi 4 namizəd arasında seçim aparılıb.

Azarkeşlər "Benfika"nın yarımmüdafiəçisi Joao Feliksə üstünlük verib. "Leypziq"lə qarşılaşmada (4:2) 3 qol, 1 məhsuldar ötürmə ilə yadda qalan 19 yaşlı Feliks turnir tarixində het-trik edən ən gənc futbolçu olub.

O, Aaron Remsi ("Arsenal"), Villian ("çelsi") və Qonsalo Quedeşi ("Valensiya") qabaqlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest