Rusiya Premyer Liqasında XXIII tur davam edir. Matc.az saytının məlumatına görə, milli komandamızın üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Krılya Sovetov" da növbəti oyununu keçirib.

Samara təmsilçisi öz meydanında "Rubin"lə qarşılaşıb. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmaya start heyətində başlayan Ramil 81-ci dəqiqədə Tkaçukla əvəzlənib.

Qeyd edək ki, 23 oyundan sonra aktivində 27 xal olan "Krılya Sovetov" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest