Almaniya II Bundesliqasında XXIX tur davam edir. Matc.az saytının məlumatına görə, milli komandamızın üzvü Dmitri Nazarovun çıxış etdiyi "Erzgebirge" də növbəti matçını keçirib.

Aue təmsilçisi "Haydenhaym"ı qəbul edib. Oyun qonaqların minimalhesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayan Dmitri 78-ci dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, son 4 matçının hamısında uduzan "Erzgebirge" 29 oyun sonra 32 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest