çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları üçün hakim təyinatları açıqlanıb. Matc.az saytının məlumatına görə, "Barselona" – "Mançester Yunayted" görüşü alman hakimlərə tapşırılıb.

UEFA sözügedən qarşılaşma üçün Feliks Brixi təyin edib. Ona Mark Borş və Ştefan Lupp yardım edəcəklər. Görüşün 4-cü hakimi isə çexiyalı Pavel Kraloveç iş başında olacaq.

"Yuventus" – "Ayaks" qarşılaşmasını isə fransız hakimlər idarə edəcəklər. Kleman Tyurpenə Nikolya Dano və Siril Qrinqor kəmək edəcəklər. Dördüncü hakim isə Benua Basten təyin olunub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest