Qazaxıstan Premyer Liqasında V tur davam edir. Matc.az saytının məlumatına görə, milli komandamızın üzvü Emil Balayevin çıxış etdiyi "Tobol" da növbəti oyununu keçirib.

Kustanay təmsilçisi səfərdə "Okjetpes"lə üz-üzə gəlib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmaya start heyətində başlayan Emil sona qədər meydanda olub. O, 90 dəqiqəni uğurlu keçirsə də, əlavə olunmuş dəqiqələrdə rəqibin qoluna əngəl ola bilməyib.

Qeyd edək ki, 5 oyundan sonra maksimum nəticə göstərən "Tobol" 15 xalla turnir cədvəlinin zirvəsində yer alıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest