Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarının cədvəli müəyyənləşib. Matc.az saytının məlumatına görə, hər iki görüş eyni gündə baş tutacaq.

"CBC Sport" kanalı vasitəsi ilə canlı yayımlanacaq görüşlərin başlama saatları arasında fərq olacaq.

Əvvəlcə "Qəbələ"də yerli komanda "Qarabağ"ı qəbul edəcəksə, ardınca Sumqayıtda eyniadlı komanda "Zirə"ni sınağa çəkəcək.

Azərbaycan kuboku

Yarımfinal

23 aprel (çərşənbə axşamı)

16:00. "Qəbələ" – "Qarabağ"

Qəbələ şəhər stadionu

18:30. "Sumqayıt" – "Zirə"

"Kapital Bank Arena"

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest