"Əfsuslar olsun ki, qalib gələ bilmədik". Matc.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin hücumçusu Mirabdulla Abbasov deyib.

Topaz Premyer Liqasının XXIV turu çərçivəsində "Səbail"lə oyundan sonra klubun rəsmi saytına açıqlama verən oyundakı ilk qolun müəllifi olan futbolçu komandasının çempionluq uğrunda mübarizədə azarkeşləri sevindirəcəyinə inandığını deyib: "Qələbə qazanmaq üçün çox çalışdıq, amma təəssüf ki, alınmadı. Artıq növbəti matça köklənməliyik, qarşıdakı oyunları düşünməliyik. çempionluq uğrunda mübarizədə azarkeşlərimizi sevindirəcəyimizə inanıram".

Qeyd edək ki, sözügedən oyun 2:2 hesablı bərabərliklə yekunlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest