İspaniya Sequndasında XXXIV tur davam edir. Matc.az saytının məlumatına görə, milli komandamızın üzvü Eddi İsrafilovun şərəfini qoruduğu "Alkorkon" da növbəti oyununu keçirib.

Sözügedən komanda səfərdə "Zaraqoza" ilə qarşılaşıb. Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matça start heyətində başlayan Eddi 90 dəqiqə meydanda olub.

O, komandasının ilk qolunda Munyoza məhsuldar ötürmə verib, 36-cı dəqiqədə isə sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, 34 oyundan sonra aktivində 47 xal olan "Alkorkon" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.  

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest