2-ci liqanın lideri “Baku Sportinq” növbəti hazırlıq matçını keçirib.
 
Matc.az xəbər verir ki, “ağ-göylər” Buzovnadakı ev oyunlarını keçirdiyi stadionda eyni liqada çıxış edən “Şəfa” ilə üz-üzə gəlib. Oyuna hücumlarla başlayan Elman Sultanovun rəhbərlik etdiyi komanda hər iki hissədə fərqlənərək, rəqibini 6 dəfə meydanın mərkəzinə dəvət edib. Bununla da, Buzovna təmsilçisi “Baku Sportinq” üçüncü yoxlama görüşündə də qalib gəlib. 
 
Qeyd edək ki, bundan öncəki qarşılaşmalarda “Sabah”ın gənclərini 4:3 və “İmişli”ni 3:1 hesabı ilə yenmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest