"Ümid edirəm ki, yaxşı oyun olacaq. Özümüzə inanırıq". Matc.az xəbər verir ki, bu sözləri “Sabah”ın futbolçusu Umarali Raxmonaliyev UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakıda İspaniyanın “Barselona” klubuna qarşı keçirəcəkləri V tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.
 
"Ümid edirəm ki, azarkeşlər bizi sonadək dəstəkləyəcək. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Uğurlu nəticə üçün meydana çıxacağıq", - deyə özbəkistanlı futbolçu qeyd edib.
 
Qeyd edək ki, "Sabah" - "Barselona" matçı noyabrın 25-də Bakı Olimpiya stadionunda, saat 21:45-də start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest