24 Noyabr 2026, 18:58
TOP OYUNLARI
“Avropa macərasına başlamaqdan məmnunuq. “Turan” təcrübəli voleybolçuların birləşdiyi komandadır”
İtaliyanın “Savino Del Bene Skandiççi” klubunun baş məşqçisi Marko Qaspari CEV Qadınlar Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Turan”la keçirəcəkləri oyun barədə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, Azərbaycan çempionunu ciddi rəqib hesab etdiklərini bildirib.
“Avropa macərasına başlamaqdan məmnunuq. “Turan” təcrübəli voleybolçuların birləşdiyi komandadır. Onların heyətində Vilma Salas, Kenia Karcales, koreyalı Li bacıları, çinli Yang və əvvəllər bizim komandada çıxış etmiş Yelizaveta Ruban kimi oyunçular var. Bu kollektiv yaxşı voleybol nümayiş etdirir və ona qarşı diqqətli olmalıyıq.
Rəqibin hücum imkanlarını məhdudlaşdırmaq üçün ilk növbədə servis xəttində aqressiv oynamalıyıq. Xüsusilə blok və müdafiə sistemində nizam-intizamı qorumağımız vacibdir. “Turan”ı heç bir halda kiçik rəqib hesab etmək olmaz. Onlar qrup mərhələsinə yüksəlmək üçün seçmə oyunlarda nə qədər istəkli olduqlarını göstəriblər”, – deyə Qaspari bildirib.
Baş məşqçi öz komandalarının da hazırda servis komponentində əvvəlki səviyyədə olmadığını etiraf edib. O, Çempionlar Liqasında uğurlu çıxış etmək üçün bu çatışmazlıqları aradan qaldırmalı olduqlarını söyləyib.





_1694603125.png)




_1695469752.jpg)
_1795532362.jpg)

